Nigeriya qoşunları ölkənin şimal-şərqindəki Borno ştatı ərazisində həyata keçirdikləri koordinasiya edilmiş əməliyyatlar zamanı azı 18 yaraqlını zərərsizləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Nigeriyanın hərbi idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatlar Quru qoşunları, Hərbi Hava Qüvvələri və yerli yardımçı qüvvələrin iştirakı ilə keçirilib.
"Bulabulində 11, Timbuktu ərazisində isə daha 7 döyüşçü zərərsizləşdirilib. Hərbçilər həmçinin qruplaşmaların sığınacaqlarına və logistika şəbəkələrinə hücum ediblər", - ordu nümayəndəsi Sani Uba deyib.
Onun sözlərinə görə, aviasiya kəşfiyyatı təmin edib və yüksək dəqiqlikli zərbələr endirib, bundan sonra yerüstü bölmələr ərazidə təmizləmə işləri aparıb və geri çəkilən döyüşçüləri təqib ediblər.
Əməliyyat aralarında zabitlərin də olduğu Nigeriya hərbçilərinin həlak olması ilə nəticələnən hərbi obyektlərə edilən son hücumlardan sonra regionda üsyançıların bazalarının məhv edilməsi üzrə davam edən kampaniyanın tərkib hissəsi olub.