İrana qarşı hücumlardan sonra atəşkəs prosesi davam etsə də, İran rialı dollar qarşısında tarixin ən aşağı səviyyəsinə düşüb.
Marja.az ISNA-ya istinadən xəbər verir ki, ABŞ dolları/İran rialı məzənnəsi 1,8 milyon səviyyələrinə yüksələrək yeni tarixi maksimumuna çatıb.
Dollar/rial məzənnəsi ABŞ və İsrayılın İrana hücumlarından əvvəl 1,08 milyon səviyyəsində idi.
Müharibədə dəyər itkisi 66%-i keçib
Müharibənin başlanmasından bu yana İran rialı 66%-dən çox ucuzlaşıb. İran artan nağd pul ehtiyacını qarşılamaq məqsədilə 10 milyon riallıq ən böyük əskinası dövriyyəyə buraxıb.
İnflyasiya 50%-ə yüksəlib
Ölkədə inflyasiya kəskin artıb. Mart ayının sonuna olan göstəriciyə əsasən inflyasiya 50% səviyyəsindədir. Bir il əvvəl bu rəqəm 37,1% idi.
BVF-nin proqnozu: 6,1% iqtisadi azalma
Beynəlxalq Valyuta Fondu (International Monetary Fund (IMF)) İran iqtisadiyyatının 2026-cı ildə 6,1% azalacağını və inflyasiyanın 68,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Lakin ölkədə məlumatların açıqlanmasının məhdud olması və internet kəsintiləri iqtisadi vəziyyətin dəqiq izlənməsini çətinləşdirir.