RU

Vitrindəki ilə kassadakı qiymət arasında fərq görən zaman NƏ ETMƏK LAZIMDIR?

Mağazalarda bəzən məhsulun vitrində göstərilən qiyməti ilə kassada tələb olunan məbləğ arasında fərq yaranır.

Bu hal istehlakçı hüquqlarının pozulması sayılır və qanunvericiliklə qadağandır. İstehlakçı məhsulu hansı qiymətə görürsə, ödəniş də məhz həmin məbləğ əsasında aparılmalıdır.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun-un 13-cü maddəsinə əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və dolğun məlumat verməyə borcludur. Buna görə satışda olan hər bir malın üzərində onun adı, növü və qiyməti aydın şəkildə qeyd olunmalıdır. Vitrində və ya piştaxtada göstərilən qiymət rəsmi satış qiyməti hesab olunur.

Əgər kassada alıcıdan fərqli məbləğ tələb olunarsa, bu artıq inzibati xəta sayılır və İnzibati Xətalar Məcəlləsi-nin 453-cü maddəsinə əsasən məsuliyyət yaradır.

Belə hallarla qarşılaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi-nə müraciət edərək hüquqlarını qoruya bilərlər.

Nəsimi Ələsgərli

Избранный
35
day.az

1Источники