RU

Milan Yussuf Fofananı 30 milyon avroya satmağa hazırlaşır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliya A Seriyası təmsilçisi "Milan" futbolçusu Yussuf Fofana ilə yollarını ayırmağa hazırdır.

"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, "rossonerilər" 27 yaşlı yarımmüdafiəçini 30 milyon avroya satmaq niyyətindədir.

Oyunçu ilə İngiltərə və Fransa komandaları maraqlanır. Fransalı futbolçu "Milan"ın növbəti mövsüm üçün planlarına daxil deyil.

Xatırladaq ki, 2024-cü ildə İtaliya klubuna keçən Yussuf Fofana 4 illik müqavilə imzalayıb. O, cari mövsüm 32 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
2
cebheinfo.az

3Источники