Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Həlledici qarşılaşma Antalya Stadionunda baş tutacaq.
Final matçının tarixi mayın 24-dən 22-nə dəyişdirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Xatırladaq ki, turnirin yarımfinalında "Beşiktaş" "Konyaspor"la, "Trabzonspor" "Gənclərbirliyi" ilə üz-üzə gələcək.