RU

Sabirabadda ağır QƏZA - Yaralılar var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində beş nəfər xəsarət alıb.

Hadisənin baş verməsinə səbəb Qaratəpə kəndi ərazisində "Mercedes Vita" markalı mikroavtobusla VAZ-2107-nin toqquşması olub.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (iki qadın, üç kişi) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, dörd nəfərin vəziyyəti isə stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.

Избранный
33
2
manset.az

3Источники