Aprelin 28-i Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus “KIA” markalı avtomobildən sürücüyə məxsus qiymətli əşyalar oğurlanıb.
"Cebheinfo.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.
Onların avtomobildən oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir “KIA” markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib. Onlarda əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.
"Cebheinfo.az"