ain.az, Azertag saytına istinadən bildirir.
Biləsuvar, 29 aprel, AZƏRTAC
Biləsuvarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin təşkilatçılığı ilə “Karyera planlaşdırılması və düzgün peşə-ixtisas seçimi” mövzusunda “LevelUP” karyera forumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun açılış mərasimində çıxış edənlər ölkədə gənclərə göstərilən diqqət və qayğının, onların düzgün peşə seçimi və karyera inkişafı üçün yaradılan imkanların əhəmiyyətini vurğulayıblar.
Forum panel müzakirə formatında davam edib. Ekspertlər çıxış edərək gənclərə düzgün karyera planlaşdırılması, ixtisas seçimi zamanı nəzərə alınmalı məqamlar və əmək bazarının tələbləri, eləcə də regionda mövcud məşğulluq imkanları, sahibkarlıq fəaliyyətinə çıxış yolları və qrant proqramları barədə ətraflı məlumat veriblər.
Karyera forumu interaktiv müzakirələr, sual-cavab sessiyası və fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, “LevelUP” forumunun əsas məqsədi gənclərin karyera imkanlarını genişləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və əmək bazarına hazırlıqlarını gücləndirməkdən ibarətdir.
Müxbir - İlkin Adıyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.