RU

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: “İki ay əvvəl…”

“İki ay əvvəl evdə yıxıldım, qolum sındı”.

Doğru.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

“Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam”, – Xalq artisti əlavə edib.

Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

DOĞRU.AZ

Избранный
56
16
dogru.az

10Источники