RU

Ötmə üçün əks yola çıxan sürücü az qala avtobusla toqquşacaqdı VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Sabunçu rayonu, Elşən Məhərrəmli küçəsində kobud qayda pozan sürücü qeydə alınıb.

Bu barədə sürücülük təlimçisi Arzu Babazadə görüntüləri Avtosfer.az-ın “Whatsapp” ünvanına göndərərək məlumat verib. Hadisənin aprelin 25-də saat 18:38 radələrində baş verdiyi bildirilir.

Kadrlardan aydın olur ki, 90-PQ-634 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü önündəki nəqliyyat vasitələrini ötmək üçün əks istiqamətli yola çıxıb. Üstəlik, o, “Stop” nişanına məhəl qoymadan hərəkətinə davam edib.

Nəticədə sürücü həm özünü, həm də qarşıdan gələn sərnişin avtobusunu təhlükə qarşısında qoyub. Təlimçinin sözlərinə görə, o, son anda sükanı sola çevirərək qayda pozan sürücünün hərəkətini məhdudlaşdırmasaydı, qəza qaçılmaz olacaqdı. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
89
avtosfer.az

1Источники