Tuapse neft emalı zavodunda baş verən açıq yanğın köpük "hücumu" nəticəsində söndürülüb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Yanğının söndürülməsinə cəlb olunmuş yanğınsöndürmə və xilasetmə bölmələri effektiv köpük hücumu nəticəsində açıq alovu tamamilə söndürə biliblər", - FHN-nin məlumatında deyilir.
Verilən məlumata görə, daha əvvəl Krasnodar diyarının təcili yardım qərargahı bildirib ki, Tuapsedə neft emalı zavodunda baş verən yanğın nəticəsində havada yüksək benzol konsentrasiyaları aşkar edilib. Bu, dron hücumundan sonra baş verib.
QAZİLER.AZ