Yeni texnologiyaların inkişafı bir çox peşə sahələrində köklü dəyişikliklərə səbəb olur. Ekspertlər yaxın onillikdə əmək bazarının tamamilə fərqli mənzərə alacağını proqnozlaşdırırlar.
Redaktor.az xarici KİV-ə istinadla məlumat verir ki, "Goldman Sachs"ın hesabatına görə, süni intellekt dünyada təxminən 300 milyon tamştatlı iş yerinə təsir göstərə bilər. Xüsusilə inzibati dəstək, hüquq və proqramlaşdırma sahələrində avtomatlaşdırma səviyyəsinin yüksələcəyi gözlənilir.
İqtisadçı Endryu Tilton qeyd edib ki, bu, işsizlikdən daha çox, işin keyfiyyətinin dəyişməsi deməkdir. Mütəxəssisin sözlərinə görə, rutin tapşırıqları maşınlar yerinə yetirdikcə, insanlar daha yaradıcı və strateji məsələlərə vaxt ayıra biləcəklər.
Məlumatda həmçinin qeyd olunur ki, texnologiya sahəsində yeni iş yerlərinin yaranması köhnə sahələrin itməsini kompensasiya edəcək.
Xədicə BAXIŞLI