RU

Akademik Musiqili Teatrında Beynəlxalq Rəqs Günü münasibətilə konsert təşkil olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 29 Aprel – Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin tələbələrinin buraxılış-hesabat konserti keçirilib. Tədbir Xalq artisti, “Şöhrət” ordeni kavaleri Tamilla Şirəliyevanın 80 illik yubileyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Azərbaycan və dünya xoreoqrafiya sənətinin incilərini əhatə edən rəngarəng nömrələr təqdim edilib.

BXA tələbələrinin ifasında “Toy rəqsi”, “Qız Qalası” baletindən adajio, Qarabağ yallısı, “Sarı gəlin”, “Yatmış gözəl” baletindən vals, “Qazağı” rəqsi, “Don Kixot” baletindən Kitrinin variasiyası və digər səhnə əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramı görkəmli balet ustası Tamilla Şirəliyevanın Azərbaycan xoreoqrafiya sənətinin inkişafındakı misilsiz xidmətlərinə ehtiram əlaməti olaraq hazırlanıb. Tədbir boyu onun milli xoreoqrafiya məktəbinin formalaşması və inkişafındakı rolu xüsusi vurğulanıb.

Qeyd edək ki, konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.

Müxbir - Günel Alıyeva

Fotoqraf - Tofiq Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
azertag.az

2Источники