Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Quruzma kəndlərini birləşdirən ponton körpü su altında qalıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Həsən Həsənov deyib.
Bildirilib ki, nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb.
Qeyd olunub ki, çayda suyun artmasına səbəb son günlər intensiv yağış yağmasıdır./Report/