Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Aprelin 29-u gecəsi Ukrayna PUA-ları Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində və Perm diyarında neft obyektlərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.
Məlumata görə, Orskdakı “Orsknefteorgsintez” neft emalı zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və ildə təxminən 6 milyon ton neft emalı gücünə malikdir. Zavod benzin, dizel yanacağı, mazut, bitum, aviasiya kerosini və digər məhsullar istehsal edir. Bu neft emalı zavodu həmçinin Ural və Volqa bölgələrinə neft məhsullarının tədarükündə əsas rol oynayır və məhsullarının bir hissəsi ixrac olunur.
Bundan əlavə, Perm diyarının qubernatoru Dmitri Maxonin Permdəki neft obyektinin də vurulduğunu təsdiqləyib.
Qeyd edək ki, daha öncə Tuapse və Simferopoldakı neft bazaları da Ukraynanın dron hücumuna məruz qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.