RU

Pentaqon: İranla müharibənin dəyəri 25 milyard dollara çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pentaqon: İranla müharibənin dəyəri 25 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, Pentaqon rəsmisi Jül Hörstun açıqladığı rəsmi hesablamalara əsasən, ABŞ-ın İrana qarşı apardığı müharibənin xərci indiyədək 25 milyard dollara çatıb.

Aralıq seçkilərə altı ay qalmış ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı çoxluğu qorumaqda çətinlik çəkə biləcəyi qiymətləndirilir. Bu fonda demokratların populyarlığı azalan İran müharibəsini əhalinin yaşayış problemləri ilə əlaqələndirməyə çalışdıqları və ictimai rəy sorğularında yüksəliş müşahidə olunduğu bildirilir.

Hesablama Palatasının vəzifələrini müvəqqəti icra edən Jül Hörst Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin üzvlərinə verdiyi açıqlamada bildirib ki, bu xərclərin böyük hissəsi sursat sərfiyyatı ilə bağlıdır.

Hörst xərclərin hesablanma çərçivəsi ilə bağlı ətraflı məlumat verməyib, həmçinin Yaxın Şərqdəki hərbi bazaların infrastrukturunda münaqişə nəticəsində yaranan zərərin bərpası və yenidən qurulması xərclərinin bu məbləğə daxil edilib-edilmədiyini dəqiqləşdirməyib.

Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin demokrat üzvü Adam Smit isə Hörstə cavab olaraq bildirib: “Bu suala cavab verdiyiniz üçün məmnunam. Çünki uzun müddətdir bu rəqəmi soruşurduq və indiyədək heç kim bizə aydın cavab verməmişdi”.

ABŞ İrana qarşı hücumlara fevralın 28-də başlayıb. Hazırda tərəflər kövrək atəşkəsi qoruyub saxlasalar da, Pentaqonun Yaxın Şərqə on minlərlə əlavə hərbçi göndərdiyi və bölgədə üç təyyarədaşıyan gəmi yerləşdirdiyi bildirilir.

Münaqişə zamanı 13 ABŞ hərbçisinin həlak olduğu, yüzlərlə hərbçinin isə yaralandığı qeyd olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
73
25
banco.az

10Источники