ain.az bildirir, Footbal-plus portalına istinadən.
Federiko Dimarko “İnter”də daha uzun müddət çıxış etmək imkanına malikdi."Football-plus.az" xəbər verir ki, o, “İnter” ilə yeni müqavilə imzalamağa yaxındı. İnsayder Nikolo Skiranın məlumatına gğrə, rəhbərlik 28 yaşlı müdafiəçiyə 2030-cu ilin yayına qədər müqavilə təklif edib. Dimarko klubla razılaşarsa, maaşı da artırılacaq.Federikonun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, bu mövsüm 43 oyunda iştirak edib, 7 qol vurub və 18 məhsuldar ötürmə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.