RU

Bakının mərkəzində partlayan su borusu sakinlərə maddi ziyan vurubVİDEO

Bakıda boru partladı, küçəni, evləri su basdı...

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Suyun axması bir saatdan artıq davam edib. Bu səbəbdən Cəlil Məmmədquluzadə və salatın əsgərova küçələrinin kəsişməsindəki yol sudan keçilməz vəziyyətə düşüb.

Əraziyə yaxın evlərə isə su dolub. Bəzi vətəndaşlara maddi ziyan dəyib.

Məsələ ilə bağlı İri şəhərlərin birləşmiş su təchizatından “Xəzər Xəbər”ə bildirildi ki Nəsimi rayonu ərazisində su xəttində baş verən qəza ilə bağlı müvafiq sukanal idarəsi məlumatlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
53
xezerxeber.az

1Источники