Son günlər yağan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi artıb.
Xezerxeber.az xəbər verir ki, çayda suyun səviyyəsinin artması nəticəsində rayonun Ulacalı və Qruzma kəndlərini birləşdirən körpü sıradan çıxıb.
Bir neçə kəndi birləşdirən körpünün bir hissəsi su altında qalıb. Nəticədə kəndlər arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq məhdudlaşıb. Körpüdən istifadə edən sakinlər alternativ olaraq Surra kəndi ərazisində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalıbblar.
Sakinlər bildirirlər ki, suyun səviyyəsi artmaqda davam edərsə, ərazidə hərəkət daha da çətinləşə bilər.
Mövcud vəziyətlə bağlı rayon icra hakimiyyətindən bildirilib ki, rayonun Ulacalı kəndi ərazisində yerləşən panton körpü sahibkar tərəfindən salınıb. Körpü Ulacalı, Bulduq, Qəzli, Quruzma və bir neçə ətraf kənd sakinlərinin istfadəsi üçün nəzərdə tulub. Lakin körpünün uçması gediş-gəlişin məhdudlaşdırlması demək deyil. Belə ki, adları çəkilən kənd sakinləri Kür çayının Surra kəndi ərazisində keçən hissəsində salınmış körpüdən istifadə edərək mənzil başına çata bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.