RU

Balakəndə 5 7 ci əsrlərə aid olan Alban məbədi tapılıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Balakəndə 5-7-ci əsrlərə aid yeni tarixi abidə olan Alban məbədi tapılıb.

Bu barədə APA-nın Şimal-qərb bürosuna AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.

A. Məmmədlinin verdiyi məlumata əsasən yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.

O, bu günədək qeydə alınmayan məbədin 5-7-ci əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.

Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
9
apa.az

10Источники