RU

Kəmaləddin Heydərov Özbəkistana səfər etdi

Bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanda keçirilən “Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü”nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən “Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü”nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Tədbir çərçivəsində Kəmaləddin Heydərov Özbəkistan Respublikasının fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazir “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı”nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.

Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən “Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü”nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Избранный
76
17
sabahinfo.az

10Источники