RU

Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər

Macarıstanın yeni seçilmiş baş naziri Peter Madyar Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, Madyar bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Avropa Komissiyasının rəhbəri ilə çox konstruktiv və məhsuldar görüşüm oldu. Biz razılığa gəldik ki, Macarıstan və macar xalqının ən qısa zamanda bir neçə min milyard forint məbləğində Aİ vəsaitini ala bilməsi üçün zəruri olan siyasi razılaşmanı bağlamaq məqsədilə Macarıstanın Baş naziri kimi (9 mayda vəzifəsinin icrasına başlayacaq - red.) mən 25 mayda Brüsselə qayıdacağam", - o yazıb.

Madyar bildirib ki, Avropa İttifaqı (Aİ) Macarıstanın milli maraqlarına zidd ola biləcək heç bir şərt irəli sürmür.

"Aİ vəsaitləri tezliklə Macarıstana daxil olmağa başlayacaq, bu da bizə Macarıstan iqtisadiyyatına təkan verməyə və işlək, eləcə də humanist bir ölkə üçün bütün zəruri olan hər şeyi təmin etməyə imkan verəcək", - o deyib.

Qeyd edək ki, Macarıstan 17 milyard avroya qədər vəsaitin blokdan çıxarılması ilə bağlı AK ilə aktiv danışıqlar aparır, bu vəsaitlərin ayrılması üçün Brüssel Budapeştdən təcili olaraq bir sıra sahələrdə, xüsusən də hüquq sistemində islahatların aparılmasını tələb edir.

Избранный
55
6
ikisahil.az

7Источники