RU

Putin Trampa Qələbə Günü dövründə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp 1,5 saatdan çox davam edən növbəti telefon danışığı aparıblar.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Putin və Trampın söhbəti səmimi və işgüzar idi. Liderlər iqtisadiyyat və energetika sahələrində qarşılıqlı faydalı layihələrin böyük perspektivləri barədə danışıblar", - o qeyd edib.

Uşakovun sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin müzakirəsi kontekstində Trampa Qələbə Günü müddətində atəşkəs elan etməyə hazır olduğunu bildirib.

"Amerika lideri bu təşəbbüsü dəstəkləyib", - deyə Uşakov qeyd edib.

"Tramp Putinə bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün razılaşma artıq yaxındır. Amerika Prezidenti hərbi əməliyyatların tezliklə dayandırılmasının vacibliyini, həmçinin öz tərəfindən buna hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb. Onun etibarlı şəxsləri həm Moskva, həm də Kiyevlə təmasları davam etdirəcəklər", - bəyanatda deyilir.

Bununla yanaşı, Putin bir daha təsdiqləyib ki, Rusiyanın Ukraynadakı hərbi hədəflərinə istənilən halda nail olunacaq.

"Əlbəttə, biz üstünlük verərdik ki, bu, danışıqlar prosesinin nəticəsi olsun, bunun üçün (Ukrayna Prezidenti Volodimir - red.) Zelenski dəfələrlə, o cümlədən Amerika tərəfindən də səsləndirilən məlum təkliflərə müsbət reaksiya verməlidir", - Uşakov liderlərin söhbətinin məzmununu çatdırıb.

Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin bugünkü telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıtmasından bəri 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da baş tutmuşdu.

Избранный
68
39
ikisahil.az

10Источники