RU

Luis Enrike Çempionlar Liqası tarixində rekorda imza atıb

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransanın PSJ futbol komandasının baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında tarixi nailiyyət əldə edib. İspaniyalı mütəxəssis bu turnirdə 50 qələbəni ən qısa müddətdə qazanan məşqçi kimi adını tarixə yazdırıb.

İdman.Biz xəbər verir ki, Luis Enrikəyə bu rəqəmə çatmaq üçün cəmi 77 oyun kifayət edib. Bununla da o, İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Pep Qvardiolanın rekordunu yeniləyib.

Xatırladaq ki, Luis Enrike daha əvvəl İspaniyanın “Barselona” futbol komandası ilə bu turnirin qalibi olub. Onun hazırda rəhbərlik etdiyi Paris təmsilçisi də Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
2
icma.az

3Источники