RU

Tramp: “Putin İranın nüvə silahına sahib olmasını istəmir" - ABŞ prezidentindən şok açıqlamalar

ABŞ prezidenti Donald Tramp Ağ Evdə, Oval kabinetdə keçirilən tədbirdə İran gündəmi, Rusiya prezidenti ilə görüşü və Ukrayna müharibəsi barədə diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşü “yaxşı görüş” kimi xarakterizə edib. O bildirib ki, Putinə Ukraynadakı müharibənin dayandırılmasına fokuslanmağın vacibliyini çatdırıb.

ABŞ prezidenti qeyd edib ki, Vladimir Putin İranın nüvə silahına sahib olmasını istəmir.

Jurnalistlərin “İlk hansı müharibə bitəcək – İranla bağlı gərginlik, yoxsa Ukrayna savaşı?” sualına cavab verən Donald Trump bildirib:

“Bilmirəm, bəlkə də hər ikisi eyni vaxtda sona çatar.”

Tramp həmçinin Ukraynanın hərbi baxımdan məğlub durumda olduğunu iddia edib. O, NATO-nu da sərt tənqid edərək bildirib ki, alyans nə Ukrayna, nə də İran məsələsində Vaşinqtonun yanında olmayıb:

“NATO, Ukrayna və İran məsələsində ehtiyac duyduğumuz anda təəssüf ki, yanımızda deyildi.”

Donald Tramp çıxışında Britaniya kralı III Çarlz barədə də danışıb və deyib ki, əgər məsələ ondan asılı olsaydı, İran məsələsində ABŞ-a yardım edərdi.

ABŞ prezidenti İran ətrafında tətbiq olunan mühasirəni isə “dahiyanə addım” adlandırıb:

“İrana tətbiq olunan mühasirə dahiyanə bir şeydir. Yüz faiz işləyir. Hazırda danışıqlarımız davam edir.”

Trampın bu açıqlamaları Vaşinqtonun həm İran, həm də Ukrayna istiqamətində yeni siyasi və diplomatik xətt formalaşdırmağa çalışdığı bir dövrdə xüsusi diqqət çəkib.

 

Musavat.com

Избранный
66
50
musavat.com

10Источники