RU

ABŞ-ın ələ keçirdiyi gəmidəki iranlılardan 6-sı azad olundu

İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin 6 üzvü azadlığa buraxılıb. Onlar artıq İrandadır.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"İran heyət üzvlərinin ailələri ilə birlikdə gəmidə olması səbəbindən hazırkı mərhələdə gəminin azad edilməsi üçün hərbi müdaxilədən çəkinib", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, onların sərbəst buraxılması üçün rəsmi səylər davam etdirilir və bu istiqamətdə zəruri olan digər tədbirlər görülür.

Избранный
33
5
publika.az

10Источники