ABŞ Prezidenti Donald Tramp və Almaniya Kansleri Fridrix Merts arasındakı aşkar siyasi fikir ayrılıqlarına rəğmən, Berlin və Vaşinqton hərbi əməkdaşlığı görünməmiş səviyyəyə çatdırmaq qərarına gəliblər. İki ölkə hərbi bağları daha da dərinləşdirmək məqsədilə strateji əhəmiyyətli addım atdıqlarını elan ediblər.
NOCOMMENT.az xəbər verir ki, oktyabr ayından etibarən ABŞ ordusunun polkovnik rütbəli yüksək rütbəli zabiti Almaniya Quru Qoşunları Komandanlığının əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə inteqrasiya olunacaq. Bu barədə “Politico” nəşrinə həm Bundesver, həm də Pentaqonun rəsmi nümayəndələri məlumat veriblər.
Almaniya ordusundan verilən məlumata görə, bu addım NATO çərçivəsində koordinasiyanın gücləndirilməsinə və hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Siyasi müstəvidəki liderlər arasındakı soyuq münasibətlərə baxmayaraq, hərbi sahədəki bu inteqrasiya təhlükəsizlik arxitekturasının qorunması baxımından kritik əhəmiyyət kəsb edir.
Sara,
NOCOMMENT.az