RU

Tramp blokadanı qaldırmaq üçün şərtini açıqladı

Nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldıran razılaşma əldə edilənə qədər İrana qarşı dəniz blokadası davam edəcək. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, yerli mediaya müsahibəsində İranın əvvəlcə Hörmüz boğazını açmaq və nüvə razılaşmasını təxirə salmaqla bağlı son təklifini qəbul etmədiklərini bildirib. Trampın sözlərinə görə, İran limanlarının blokadası bombalamaqdan daha təsirlidir.

O, “İranlılar razılığa gəlmək istəyirlər. Onlar mənim blokadanı davam etdirməyimi istəmirlər. Mən onu ləğv etmək istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm”, – deyə bildirib.

Избранный
64
metbuat.az

1Источники