RU

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapılıb

Arxeoloqlar Türkiyənin cənub-qərbində yerləşən qədim Laodikiya şəhərində 2000 il tarixi olan mərmər Afina heykəlini aşkar ediblər.

Aznews.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hündürlüyü iki metr olan heykəl Qərb teatrının viranəlikləri altında üzü aşağı vəziyyətdə tapılıb. Heykəlin başı və qolları hələlik aşkar edilməyib.

Heykəlin zirehində Meduza qorqonunun başı təsvir olunub, mifoloji varlığın geyimi isə parçanın naturalistik teksturasını yaradan qatlarla incə şəkildə işlənib.

Избранный
43
4
aznews.az

6Источники