Təmir-tikinti və dizayn sahəsində fəaliyyət göstərən “Deluxe Constaction” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
NOCOMMENT.az xəbər verir ki, şirkətin hazırda 1 020 714.49 manat vergi borcu var.
“Deluxe Constraction” MMC 24 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 manatdır. Şirkətin hüquqi ünvanı Ağcəbədi rayonunun Aran kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Etibar Xasməmməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. /Qaynarinfo/