RU

Termal kameralar elektrikli maşınlarla bağlı həqiqəti üzə çıxardı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Termal görüntüləmə texnologiyası ilə aparılan son araşdırmalar benzinlə işləyən avtomobillərlə elektromobillər arasındakı ən kəskin fərqi üzə çıxarıb. Məlum olub ki, daxili yanma mühərrikli nəqliyyat vasitələri enerjinin böyük hissəsini hərəkətə deyil, istiliyə sərf edir.Demokrat.az xəbər verir ki, mühərrik daxilində saniyədə minlərlə dəfə baş verən partlayışlar və hərəkətli hissələr arasındakı sürtünmə nəticəsində yaranan bu istilik enerjinin havaya sovurulması deməkdir. Termal görüntülərdə benzinli mühərriklərin sanki "od püskürdüyü" aydın görünür. Bu da yanacaqdan əldə edilən enerjinin mühüm hissəsinin tullantı kimi kənara atıldığını sübut edir.Elektromobillərdə isə vəziyyət tamamilə fərqlidir. Onlar enerjini daha səmərəli idarə edir və aşağı iş temperaturu sayəsində həddindən artıq qızma riskini minimuma endirirlər. Bu texnoloji üstünlük elektrikli nəqliyyat vasitələrinin uzunmüddətli enerji performansını artırmaqla yanaşı, onları daha effektiv seçimə çevirir.Ekspertlər bu kəskin fərqin gələcəkdə avtomobil sənayesindəki keçid prosesini daha da sürətləndirəcəyini proqnozlaşdırırlar.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
84
demokrat.az

1Источники