RU

“Brent” neftinin qiyməti 120 dolları keçib

Bu göstərici 2022-ci ilin iyunundan bəri ilk dəfə qeydə alınıb...

Poliqon xəbər verir ki, London Qitələrarası Birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 120 dolları keçib.

Ticarət məlumatlarına əsasən, bu, 2022-ci ilin iyunundan bəri qeydə alınan ən yüksək göstəricilərdən biridir. Qiymət artımı qlobal enerji bazarlarında qeyri-sabitliyin və neft təchizatı ilə bağlı narahatlıqların gücləndiyini göstərir.

Analitiklər hesab edirlər ki, qiymətlərin bu səviyyəyə yüksəlməsi enerji idxal edən ölkələr üçün əlavə iqtisadi təzyiq yarada bilər. Xüsusilə yanacaq, nəqliyyat və istehsal xərclərinin artması inflyasiya risklərini daha da gücləndirə bilər.

Neft bazarında vəziyyətin yaxın günlərdə geosiyasi proseslərdən, hasilat qərarlarından və qlobal tələbatın dinamikasından asılı olacağı bildirilir.

Poliqon.info

Избранный
44
poliqon.info

1Источники