RU

ÇL: Arsenal İspaniyada Atletiko ilə bərabərə qaldı

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində növbəti oyun keçirilib.

Modern.az xəbər verir ki, İspaniyanın "Atletiko" klubu Madriddə İngiltərənin "Arsenal" klubu ilə qarşılaşıb.

"Metropolitano" stadionunda keçirilən qarşılaşmada hesabı "topçular" açıb. Viktor Gyökeres 44-cü dəqiqədə komandasını irəli çıxarıb. Matçın ilk hissəsi bu  hesabla başa çatsa da 56-cı dəqiqədə Alves trazlığı bərpa edib. Beləliklə "Atletiko" doğma divarlar arasında "Arsenal"la 1:1 hesablı heç-heçəyə razılışıb.

Matçı niderlandlı Denni Makkeli idarə edəcək.

Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu "Bavariya"nı 5:4 hesabı ilə üstələyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
modern.az

1Источники