RU

Qlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz üzə

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünya qlobal ərzaq böhranı təhlükəsi ilə üz-üzədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" müəlliflərindən olan ekoloq Mark Qonqloff xəbərdarlıq edib.

Onun sözlərinə görə, böhran eyni vaxtda təsir göstərən dörd əsas amillə bağlıdır: iqlim dəyişiklikləri, Donald Trampın ticarət siyasəti, İranla gərginlik və El-Ninyo fenomeni.

İqlim dəyişikliyi nəticəsində temperaturun artması kənd təsərrüfatına ciddi zərbə vurur. BMT-nin məlumatına görə, qlobal temperaturun 1,4°C yüksəlməsi kənd təsərrüfatı məhsuldarlığını 21 faiz azaldıb.

İstiləşmə eyni zamanda dəniz ekosistemlərinə zərər vurur, balıq ehtiyatlarını azaldır və zərərvericilərin çoxalmasına səbəb olur. Bu isə quraqlıq, torpaq deqradasiyası və meşə yanğınlarının artmasına gətirib çıxarır.

Digər tərəfdən, ABŞ-nin ticarət müharibəsi kənd təsərrüfatı xərclərini artırıb və fermerlərin xarici bazarlara çıxışını məhdudlaşdırıb. İranla gərginlik isə yanacaq və gübrə qiymətlərinin yüksəlməsinə səbəb olub.

Bu problemləri El-Ninyo fenomeninin daha da gücləndirə biləcəyi vurğulanır.

Ekspertlərin fikrincə, bütün bu amillərin eyni vaxtda baş verməsi ərzaq istehsalında fasilələr yarada, qiymətlərin artmasına səbəb ola bilər. Gözlənilən temperatur rekordları isə xüsusilə, Hindistan, Afrika və digər sıx məskunlaşmış regionlarda vəziyyəti daha da kəskinləşdirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
sherg.az

1Источники