RU

ABŞ və Britaniya 1948 ci ildə hərbi bazalardan istifadə ilə bağlı gizli pakt bağlayıb

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ və Böyük Britaniya soyuq müharibənin alovlandığı dövrdə SSRİ-yə qarşı fəaliyyətlərini gücləndirmək məqsədilə 1948-ci ilin dekabrında dünya üzrə hərbi bazalardan qarşılıqlı istifadə barədə gizli saziş imzalayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda məxfilikdən çıxarılmış sənədlərə əsasən, bu qlobal şəbəkəyə Yaponiyanın 12 əsas aerodromu da daxil edilib. Sənədləri Daito Bunka University professoru Şinji Kavana Avstraliyadakı arxivlərdən birində aşkar edib.

Sazişə əsasən, Vaşinqton Londona ABŞ qoşunlarının nəzarətində olan Koreya Respublikası və Yaponiyadakı obyektlərdən istifadə hüququ verib. Böyük Britaniya isə öz növbəsində ABŞ-a Asiyanın digər ölkələrində, Avropada və Yaxın Şərqdə yerləşən bazalarına qoşun yerləşdirmək imkanı yaradıb.

Sənədlərə görə, həmin dövrdə işğal altında olan Yaponiya hökuməti bu razılaşmalardan xəbərdar edilməyib. SSRİ ilə münasibətlərdə gərginlik yaranacağı halda London Yaponiyaya, o cümlədən hazırda ölkənin ən böyük hava limanı olan Haneda Airport və Naha, Osaka, Fukuoka şəhərlərinin mülki hava limanlarına, eləcə də vaxtilə imperiya hərbi hava qüvvələrinə məxsus əsas bazalara hərbi aviasiyasını yerləşdirmək hüququ əldə edib. Hazırda həmin bazalardan Yaponiyanın Özünümüdafiə Qüvvələri istifadə edir.

Kavana bildirib ki, ABŞ oxşar razılaşmaları Kanada ilə də əldə edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
88
icma.az

1Источники