RU

Türkiyədə qızıla tələbat 29 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə qızıla investor marağı 2026-cı ilin ilk üç ayında sürət qazanıb. Dünya Qızıl Şurası (WGC) tərəfindən dərc edilən hesabatda Türkiyənin qızıl külçə və sikkələrə tələbatının illik müqayisədə 29 faiz artaraq 26,1 tona çatdığı göstərilib. Bu dövrdə qızılın unsiya başına orta qiymətinin 4872 dollar ətrafında dəyişməsi ilə Türkiyənin fiziki qızıl alışlarının pul dəyəri təxminən 4,5 milyard dollar təşkil edib.

Hafta.az yazır ki, qızıla olan güclü tələbat yalnız Türkiyə ilə məhdudlaşmayıb. Qlobal miqyasda qızıla tələbat pul dəyəri baxımından illik müqayisədə 74 faiz artaraq 193 milyard dollara çatıb. Birjadankənar (OTC) əməliyyatlar da daxil olmaqla ümumi tələbat həcmi 2 faiz artaraq 1231 ton olub.

Fiziki investisiya sektorunda külçə və sikkələrə qlobal tələbat illik müqayisədə 42 faiz artaraq 474 tona yüksəlib. Bu, tarixdə ikinci ən güclü rüblük göstəricidir. Qlobal alışların əsas hərəkətverici qüvvəsi Asiya investorlarından gələn güclü tələbat olub.

Qızılın qiymətnin artmasına baxmayaraq, dünya üzrə mərkəzi banklar xalis alış mövqeyini qoruyub saxlayıblar. Onlar rüb ərzində cəmi 244 ton qızıl alıblar ki, bu da illik müqayisədə 3 faiz artımdır. Texnologiya sektorunda süni intellektə investisiya qoyuluşları sayəsində qızıl istifadəsi 1 faiz artaraq 82 tona çatıb. Zərgərlik tələbatı yüksək qiymətlər səbəbindən həcm baxımından 23 faiz azalsa da, ümumi xərclər 31 faiz artıb.

Избранный
51
hafta.az

1Источники