Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla saat 03:09-da qeydə alınıb.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.