RU

İsrail “Sumud Donanması”nın gəmilərini ələ keçirdi VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza zolağı sahillərinə doğru hərəkət edən “Sumud Donanması”na məxsus gəmiləri ələ keçirdiyi bildirilir.Bizim.Media xəbər verir ki, bu barədə gəmidə olan fəallara istinadən İsrail mediası məlumat yayıb.Məlumata görə, “Sumud Donanması” Qəzza zolağına tətbiq edilən dəniz blokadasını yarmaq məqsədilə anklav sahillərinə doğru hərəkət edirdi.İsrail mediası yazır ki, gəmilərə hərbçilərin olduğu katerlər yaxınlaşıb və fəallardan marşrutu dəyişmələri tələb olunub.Yayılan məlumatlara əsasən, İsrail qüvvələri donanmaya daxil olan 58 gəmidən 21-ni ələ keçirib.Gəmilərdə olan fəallar İsrail ərazisinə aparılıblar. Bir neçə gəminin isə geri döndüyü və Aralıq dənizindəki digər limanlara istiqamətləndiyi bildirilir.İsrail ordusu hələlik bu məlumatları rəsmi şəkildə şərh etməyib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
2
bizim.media

3Источники