RU

Bakıda məktəbdə nə baş verib? - 5 şagird xəstəxanaya aparıldı

10:34 30.04.2026
10:34 30.04.2026

Aprelin 29-da məktəbin V sinfinin 5 şagirdi özlərini narahat hiss edib.

189-190 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib. Məktəb rəhbərliyi və məktəbdə fəaliyyət göstərən Uşaq Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib və şagirdlər müayinə üçün müvafiq səhiyyə müəssisəsinə aparılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlər evdən gətirdikləri şokoladı yedikdən sonra onlarda qarın ağrısı və ürəkbulanma əlamətləri müşahidə olunub.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlər evə buraxılıb.


Избранный
57
5
mynews.az

6Источники