RU

ADAU da qida mühəndisliyi sahəsində tədris proqramları təkmilləşdirilir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 30 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasına həsr olunan görüş təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxışında ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın genişləndirilməsinin, həmçinin təcrübəyönümlü dərslərin tədris prosesində rolunun artırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Görüşdə Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində professoru Vural Gökmen Milli Qida Texnologiyaları Platforması haqqında geniş məlumat verib. O, ADAU-nun da bu platformaya üzv olmasının əhəmiyyətini xüsusi vurğulayıb.

TAU-nun “Qida mühəndisliyi” proqramının rəhbəri professor Ümran Uyqun isə Azərbaycanın ali təhsil müəssisələrində qida mühəndisliyi ixtisası üzrə təhsil proqramlarının və tədris planlarının təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb.

Görüş zamanı qida mühəndisliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
azertag.az

2Источники