Millət vəkili əlavə edib ki, energetika sahəsində əməkdaşlıq uzun illər münasibətlərin aparıcı istiqamətlərindən biridir və bu sahə iki dövlət arasında etibarlı tərəfdaşlığın əsas dayaqlarından hesab olunur: "Azərbaycan enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması ilə tanınır və bu mövqe Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilir. Enerji təhlükəsizliyinin qlobal gündəlikdə ön plana çıxdığı bir dövrdə bu əməkdaşlıq daha da strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, tərəflər enerji əməkdaşlığını yalnız ənənəvi resurslarla məhdudlaşdırmır, onu daha geniş iqtisadi tərəfdaşlığın tərkib hissəsi kimi təqdim edirlər. Bu yanaşma bərpa olunan enerji, enerji səmərəliliyi, "yaşıl texnologiyalar" və innovativ həllər sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31