RU

Hansı daha yaxşıdır: SSD yoxsa HDD?

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kompüter alarkən və ya yaddaşı yeniləyərkən istifadəçilərin qarşısına ən çox çıxan anlayışlardan biri SSD və HDD seçimidir. Bu iki yaddaş növü məlumat saxlama üsulu, sürət və performans baxımından bir-birindən ciddi şəkildə fərqlənir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Samsung və Western Digital kimi texnologiya şirkətləri bildirir ki, HDD (Hard Disk Drive) məlumatları mexaniki disk üzərində saxlayır. SSD (Solid State Drive) isə məlumatı çiplər vasitəsilə emal etdiyi üçün daha sürətli işləyir.

SSD-lərin əsas üstünlüyü yüksək sürətdir. Kompüterin açılması, proqramların işləməsi və faylların köçürülməsi HDD ilə müqayisədə daha qısa vaxt aparır. HDD isə daha ucuz qiymətə daha böyük yaddaş təklif etdiyi üçün hələ də geniş istifadə olunur.

Texnologiya platforması PCMag bildirir ki, SSD-lər mexaniki hissələrdən istifadə etmədiyi üçün həm daha səssiz işləyir, həm də zərbələrə qarşı daha davamlı olur.

Mütəxəssislərə görə, gündəlik sürətli istifadə və oyun üçün SSD daha uyğun hesab edilir. Böyük həcmdə məlumat arxivləşdirmək istəyənlər isə çox vaxt HDD seçiminə üstünlük verir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
bakivaxti.az

1Источники