RU

Azərbaycan-Çexiya: Strateji əməkdaşlıq siyasəti

Xarici siyasət kursunda strateji tərəfdaşlıq siyasəti prioritet sahələrdən biridir. Bunun nəticəsidir ki, Azərbaycan həm region həm də dünyanın bir sra ölkələri ilə qarşılıqlı əməkdaşlıq edir. Enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı əməkdaşlıq beynəlxalq tribunalarda da vahid mövqenin sərgilənməsinə gətirib çıxarır.

Azərbaycanın Çexiya ilə münasibətləri də strateji əməkdaşlıq siyasətində keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Çexiya Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər, mətbuata verilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan Çexiya münasibətləri inkişaf edən qarşılıqlı əlaqələrin göstəricisidir.

Səfər çərçivəsində mətbuata verilən bəyanatdan da grünür ki, Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır. Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir.

Prezident İlham Əliyev mətbuata bəyanatında dediyi kimi, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir: “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”.

Dövlət başçısı onu da qeyd edib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır: “Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Baş nazir Andrey Babişin də öz növbəsində bildirib ki, Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır: “Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz əsasən hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər”.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

 

Избранный
11
2
adalet.az

3Источники