RU

“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib

Mərkəzi Bank “Kredaqro” BOKT MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

İş elanları AzVak.az-da

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Kredaqro” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilmişdir.

Избранный
51
11
marja.az

10Источники