RU

Ronaldo “Əl-Əhli” azarkeşlərinin atmacasına belə cavab VERDİ - VİDEO

Kriştiano Ronaldo oyunsonrası müsahibə zamanı “Əl-Əhli” azarkeşlərinin atmacasına cavab verib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı futbolçu müsahibə verərkən tribunadakı “Əl-Əhli” azarkeşləri ona öz komandalarının Asiya Çempionlar Liqasındakı uğurlarını xatırladıblar.

Azarkeşlər Ciddə klubunun turnirdə iki dəfə qalib gəldiyini vurğulayıblar. Qeyd edək ki, “Əl-Əhli” bu mövsüm də kuboku qazanaraq ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olub.

Ronaldo isə azarkeşlərin sözlərinə qısa və sərt cavab verib:

“Mənim 5 Çempionlar Liqam var”.

Portuqaliyalı ulduz bu sözlərini əl jestləri ilə də müşayiət edib.

Qeyd edək ki, Ronaldo UEFA Çempionlar Liqasını karyerası ərzində 5 dəfə qazanıb.

O, bu uğurların birini “Mançester Yunayted”, dördünü isə “Real Madrid”in heyətində əldə edib.


Bizim.Media

Избранный
39
1
bizim.media

10Источники