Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində aprelin 29-da İsmayıllı şəhərində idman zonası istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.