RU

“Onunla münasibətim olduğunu deyib teatrdan uzaqlaşdırdılar” - Video

Aktrisa Gülçöhrə Abdullayeva illər əvvəl haqqında şayiələr yayılaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrından uzaqlaşdırılmasından danışıb.

Sabahinfo.az xəbər verir ki, APA TV-nin “Söz arasında” verilişinin qonağı olan 54 yaşlı aktrisa o zamanlar Akademik Dram Teatrda direktor olan Xalq artisti Əlabbas Qədirovla arasında insident yaşandığını bildirib.

Onun sözlərinə görə, dedi-qoduların qurbanı olaraq, teatrdan uzaqlaşdırılıb: “Hər şey yaxşı idi. Bir gün gəldim ki, aşağıdan yuxarıya qədər heç kim salamımı almır. Dedilər Ələsgər Məmmədoğlu və Cəfər Namiq Kamalla gəl çəkilişə. Ələsgər yox idi o gün, getdim Cəfərin otağına, dedi əlimdə yazı var, iki dəqiqə gözlə, yazım çıxaq. Gördüm ki, hamısı baxıb deyir ki, “Aa, Cəfərin otağına gedir”.

Mən Cəfər müəllimlə Gənc Tamaşaçılar Teatrında illərlə işləmişəm. Ayrıca otağı da olub. Ailəsini də tanıyıram. Nəyimə lazımdır Cəfər?! Getdim otağına, dedim çıxmalıyıq, birlikdə getdik çəkilişə. Səhəri gün teatra gəlirəm, məni məşq etdirmirlər. Deyirlər “sən lazım deyilsən, səninlə Cəfərin arasında nəsə var”. Yenə desəydilər ki, İlham Namiq Kamalla münasibətin var, deyərdim ki, o biri teatrda direktorumdur, boylu-buxunlu kişidir, aramız daha yaxındır. Cəfərin mənimlə nə əlaqəsi? Onunla birlikdə teatrdan çıxanda nə olur ki? İndiki vaxtım olardı, deyərdim şəklim var, qapını döymüsünüz, açmamışıq ya qeyri-münasib halda gəlib görmüsüz bizi? O vaxt mənə dedilər ki, “Sən get, teatrdı da, burada ala qarğa bala çıxarmaz. Ara sakitləşsin, səni çağırarıq”.

Qeyd edək ki, G.Abdullayeva hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıdır. O, “Kənddən gələn var”, “Şirin bülbül”, “Yanmış körpülər”, “Ər quyusu” və başqa bir çox ekran işlərində rol alıb.


Избранный
24
8
sabahinfo.az

9Источники