RU

Nəriman oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.

Ölkə.Az xəbər verir ki, sözügedən komanda I Liqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. 5 qolun vurulduğu matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kryu” bu qələbə ilə 1/4 finala yüksəlib.

Nərimanın oyundakı performansı 7.2 balla dəyərləndirilib.//Futbolpress.az

Избранный
32
1
olke.az

9Источники