Abşeron rayonunda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i saat 21 radələrində Masazır qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2025-ci il təvəllüdlü Müslüm Kamaləddin oğlu Müslümlü yaşadığı evdə boğazında yemək qaldığı üçün boğularaq ölüb.