RU

Bakı sakinlərinə pis xəbər

Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

AzNews.az xəbər verir ki, bu barədə sakinlər Baku TV-yə danışıblar. Onlar bildirirlər ki, ev sahibi olmaq onlar üçün getdikcə əlçatmaz arzuya çevrilir.

Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır.

Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.

Избранный
52
9
aznews.az

10Источники